Salam dostlar! Mənim bir məhkəmə prosesim başlayıb, amma nə qədər çəkəcəyini heç kim dəqiq demir. Dostlar deyir ki, bəxtdən asılıdır, bəzən tez bitir, bəzən aylarla sürünür. Mən də başa düşürəm ki, çox faktor var, amma ən azından ümumi bir çərçivə bilmək istəyirəm. Prosesi sürətləndirmək üçün nəsə etmək olurmu? Yaxşı vəkilin burada rolu böyükdürmü? Kiminsə real təcrübəsi varsa, bölüşün, xahiş edirəm. Onsuz da bu proses insanı kifayət qədər əsəbiləşdirir.